Bu düsturu bizə Həzrət Cəbrayıl vəhy etdi

Andolsunki, Allahbunları hesablamış, və təkrartəkrarsaymışdırQuran, 19:94.

Quran özündən əvvəlki səmavi kitabları təsdiq etməklə yanaşı, həm də öz-özünü riyazi yolla təsdiq edən möcüzəli kitabdır.  Hesablamalarımız göstərir ki, bu müqəddəs kitabda bütün surə və ayələr Allaha məxsus olduğu kimi, onların düzülüşü və nömrələnməsi də birbaşa Rəbbimin iradəsi ilə baş vermişdir.

Məsələn, götürək Quranın 114 surədən ibarət olmasının hikmətini. Sual yarana bilər ki, surələrin sayı niyə məhz 114-dür? Başqa ədəd ola bilməzdimi? Bunun məhz Allah-taalanın iradəsi və qərarı ilə baş tutmasını aşağıdakı düsturdan görə bilərsiniz:

Kainatın 4 cəhətdən;

Təbiətin 4 fəsildən ibarət olmasını;

İnsanın 4 ünsürdən (torpaq, su, hava, ruh) yaranmasını;

Quranın 4-cü səmavi kitab olmasını nəzərə alıb, bu müqəddəs kitabın ilk dörd surəsində olan ayələri cəmləyək:

7 + 286 + 200 + 176 = 669

Həmçinin, bu 669 ayələrə diqqətlə fikir versək, görərik ki, burada bəşəri dəyərlər çox mülayimliklə təbliğ edilir və heç bir cəzadan söhbət açılmır. Buna görə də 669 ədədi Quranda bəşəri dəyərlər rəmzi sayılır.

Bəşəri dəyərlərə əməl etməyənlərin necə cəzalanacağından bəhs edən surələr isə 9 rəqəmi (Qeyd edim ki, 9 “Tövbə” surəsinin sıra nömrəsidir.) ilə gəlir (9, 19, 29, 39, ……109) və sayı 11 olan bu surələrdəki ayələri cəmləsək, 555 ədədi alınar.

Bu ayələr isə, bir qayda olaraq cəzadan və tövbədən bəhs etdiyindən, 555 ədədi Quranda sərtlik, cəza rəmzi sayılır.

Elə isə, mülayimlik rəmzi olan 669 ədədindən, sərtlik və cəza rəmzi olan 555 ədədini çıxaq:

669 – 555 = 114

Göründüyü kimi, mülayimliklə sərtliyin fərqi Quranın surələrinin sayı olan 114 ədədini göstərir.

Düsturdan o da məlum olur ki, Quran mülayimliklə, sərtliyin vəhdətindən ibarətdir. Necə ki, Rəbbim 13-cü surənin 6-cı ayəsində buyurur:

“Həqiqətən, Rəbbin insanların zülümlərinə baxmayaraq, onlara qarşı mərhəmət sahibidir. Və şübhəsiz ki, Rəbbinin cəzası da şiddətlidir!”

 

“Məhəmməd” surəsiniyə 47 ədədiilə nömrələndi?

 

“Quran”ı riyazi cəhətdən tədqiq edərkən onun surələrinin və ayələrinin nömrələnməsində xüsusi bir qanunauyğunluğun olduğu üzə çıxır. Burada hər bir rəqəmin rəmzi mənası vardır və həmin rəqəm altında deyilən sözlər (ayələr) də bir  qayda olaraq rəqəmdəki mənanı tamamlayır. Məsələn, götürək Rəsulullahın adına olan “Məhəmməd” (47) surəsini.

Surənin nömrəsi (rəmzi) olan 47 ədədinin sirri Rəbbimin Öz adına olan “Rəhimli Allah” (55) surəsində açılır. Yəni, Peyğəmbərin adına olan surə riyazi yolla Allahın adına olan surəyə bağlanır.

Belə ki, “Rəhimli Allah” surəsi 78 ayədən ibarətdir və bu ayələrin 31-də eyni sual təkrar olunur:

“Belə olduqda Rəbbinizin hansı nemətlərini yalan saya bilərsiniz?!”

Bunu nəzərə alıb, ayələrin ümümi sayından (78), təkrar olunan sualların sayını (31) çıxsaq, “Məhəmməd” surəsinin sıra nömrəsi olan 47 ədədinin alındığını görərik:

78 –  31 = 47

Bu fakt, Yaradanla, Onun Peyğəmbəri arasında olan əlaqənin riyazi sübutu olmaqla yanaşı, həm də “Quran”ın düzülüşünün birbaşa Allah-taalanın nəzarətində və iradəsi ilə baş tutduğunu  sübut edir. Yəni, surə və ayələrin düzülüşü insan beyninin məhsulu olmayıb, şüurdankənar, fövqəladə bir elmlə baş tutmuşdur.

O ki. qaldı sualın niyə məhz 31 dəfə təkrarlanmasına; bu da elm sahibi olan Loğman Peyğəmbərə işarədir. Çünki “Loğman” surəsi 31-ci surədir. Bu səbəbdən 31 ədədi Quranda elm verilmiş şəxslərin rəmzidir. Yəni, “Rəhmli Allah” surəsində təkrarlanan suala ancaq elm verilmiş adamlar cavab verə bilərlər. Buradakı riyazi sirləri də ancaq elm (Elmi-lədun) verilmiş insanlar aça bilərlər.

 

İbrahim Xəlilullahın adına olan surə

 niyə 14 ədədi ilə nömrəlləndi?

 

14 ədədi Quranda “İbrahim” surəsinin sıra nömrəsidir. Allah-təala bu surədə İbrahim Peyğəmbərin zülmə qarşı apardığı mübarizədən söhbət açır. Onun mübarizəsi bütpərəstlik dövrünə təsadüf etməklə, Yerdə xeyirlə şər arasındakı balans birincinin ziyanına pozulmuşdu. Allah həmin dövrdə pozulmuş balansı İbrahim Əleyhissəlamın vasitəsi ilə bərpa etdi və bütpərəstliyə son qoydu.

Elmi-lədun hesablamalarımız göstərir ki, 14 ədədi də Allahın Öz adına olan “Rəhimli Allah” (55) surəsinə bağlanır və “Quran”da tarazlıq (balans) rəmzi sayılır. Bunu sübut etmək üçün daha bir düsturu diqqətinizə çatdırırıq:

“Rəhimli Allah” surəsinin sıra nömrəsi (kodu) olan 55 ədədi “Quran”da 41 dəfə keçir (yəni, kitabın cəmi qırx bir surəsində 55-ci ayə var. Qalan surələrdə ayələrin sayı əlli beşdən azdır).

Eyni zamanda 41-ci ayə də müqəddəs kitabda əlli beş dəfə keçir (cəmi əlli beş surədə 41-ci ayə var).

Beləliklə, “Quran”da 55-ci ayə 41 dəfə, 41-ci ayə isə, 55 dəfə keçir. Tarazlığa (balansa) dəlalət edən bu faktı nəzərə alıb, 55 ədədindən 41 çıxsaq, alınan 14 ədədi “İbrahim” surəsinin sıra nömrəsini (kodunu) göstərir:

 

55 – 41 = 14

Bu düstur bir daha “Quran”ın düzülüşünün insan beyninin məhsulu olmadığını, fövqəladə bir elmlə (Allahın elmi ilə) düzüldüyünü təsdiq edir.

                                Nişirəvanın sarayından niyə 14 sütun uçdu?

14 ədədindən söhbət düşmüşkən, maraqlı bir tarixi faktı diqqətinizə çatdırım ki, Məhəmməd Əleyhissəlam dünyaya təşrif gətirən gecəsi zalım şah olan fars hökmdarı, bütpərəst Nuşirəvanın sarayından 14 (!) sütun uçdu. Hadisəni şərh etmək üçün saraya çağrılan münəccimlər və bilicilər uzun müzakirələrdən sonra belə qərara gəldilər ki, səmavi kitablar vasitəsi ilə xəbəri qabaqcadan verilən Peyğəmbər artıq dünyadadır. Onu da bildirdilər ki, Nuşirəvanın hakimiyyəti süqut edəcək və 14 padşah dəyişdikdən sonra Sasanilər dövləti dağılacaq. Çox keçmədi ki, verilən proqnoz özünü doğrultdu və Sasanilər dövləti dağıldı (bu müddətdə 14 dəfə saray çevrilişi oldu ki, hər bir padşahın hakimiyyəti bir neçə ay çəkdi).

Məlumdur ki, bəşər yaranandan xeyirlə şər arasında həmişə balans olmuşdur. Tarixin elə mərhələləri də olmuşdur ki, xeyirlə şər arasında mövcud balans (birincinin ziyanına) pozulmuşdur. Peyğəmbərlər tarixini araşdırdıqda, məlum olur ki, onların zühuru da məhz belə məqamlarda baş verir. Yəni, Allah-təala xeyirlə şər arasında pozulmuş tarazlığı peyğəmbərlər (xilaskarlar) vasitəsi ilə bərpa edir.

Bu gün də Yerdə xeyirlə şər arasında tarazlığın pozulması, göz önündədir. Artıq haqq-ədalət demək olar ki, qalmayıb, zülm ərşə dirənib. Bir qrup mafiyozlar və oğrular mafiya yaradıb, adını dövlət qoyublar; kasıbın, yetimin haqqını yeməklə məşğuldurlar. Haqqını tələb edənləri öldürür, yaxud, şərləyərək zindanlarda çürüdürlər…
Hesablamalarımız göstərir ki, Yer kürrəsində, o cümldən Azərbaycanda baş verən bu cür zülm və haqsızlıqlar Allahın qəzəbinə səbəb olmuş, bu səbəbdən cürbə-cür bəlalar gəlməkdədir. Müəmmalı təyyarə qəzaları, yanğınlar, zəlzələlər, xəstəliklərin tüğyan etməsi… məhz bu qəzəbin təzahürüdür.
Odur ki, insanlara tövsiyyə edərdik ki, özlərindən aşağılara zülm etməkdən, əziyyət verməkdən, pozğun həyat tərzi keçirməkdən haram işlərdən çəkinsinlər!
bildiyimiz qədər 2023-cü ildə şeytani dövr başa çatacaq, zalım rəhbərlər və onların pərəstişkarları meydandan silinib gedəcəklər. Oğruların qurduqları mafiya tipli dövlətlər (yaxud, dövlət tipli mafiyalar) Nuşirəvanın sarayı kimi yerlə yeksan olacaqdır!

Düsturları bizə Həzrət Cəbrail vəhy etdi

Ağıl sahiblərinin diqqətinə çatdırım ki, Quranın mahiyyətini açan və Allahın iradəsi, qərarı ilə düzüldüyünü təsdiq edən yuxarıdakıüç düstur əslində insan beyninin məhsulu deyildir. Düsturları necə tapmağıma gəldikdə isə,nəzərinizə çatdırım ki, bu düstur Həzrət Cəbrail Əleyhissəlam tərəfindən elm və mərifət sahibi Hacı Xalid Saday oğluna vəhy olunub və ona bildirilib ki, sabah Paşa Yaqub adında bir nəfər sizə qonaq gələcək; bu  düsturu ona verib, insanlara çatdırılmasını tapşırarsan.

Və səhəri gün mən onlara qonaq getdim (altı ay qabaq dəvət etsə də, indi gedirdim). Hacı Xalid düsturu mənə verərək, bu əmanət sənə çatmalıdır dedi. Mən də öz növbəmdə üzərimə düşən vəzifəni yerinə yetirərmək üçün bu məqaləni yazdım.

Düsturu insanlara çatdırmaqda Yaradanın mesajı odur ki, “Quran”a nəyinsə əlavə olunması və yaxud buradan hansısa ayənin çıxarılması haqda deyilənlər cəfəngiyyatdan başqa bir şey deyil və bunu söyləyənlər “Quran”a və Allahın qüdrətinə şübhə edənlərdir.

“Biz hər şeyi sayıb yazmışıq”. “Quran”, 78:29

Paşa Yaqub,

Həkim, elmi-lədun bilicisi