“Biz hər şeyi sayıb yazmııq”. (Quran)
Xəbər verildiyi kimi, dünən (19 fevralda) Sabirabad rayonundakı pambıq zavodunda yanğın baş verdi. Nəticədə pambıq ticarəti ilə məğul olanlara və bu sahəni monopoliyaya alanlara küllü miqdarda maddi ziyan dəydi.
Elmi-lədun hesablamalarımız göstərir ki, bu hadisə ölkədəki haqsızlığa, ədalətsizliyə, rəhbərlərin vətəndaşlara, camaatın isə, biri-birinə etdikləri zülmlərə görə Allahdan gələn bir xəbərdarlıq mesajıdır. Bunu aşağıdakı hesablamalardan aydın görmək olur:
(Bu xəbərdarlıq da digərləri kimi, 114 və 286 ədədləri altında baş vermişdir ki, birinci Quranın surələrinin, ikinci isə, səhifələrinin sayı olmaqla, hər iki ədəd Yaradanın kodlaşdırılmış möhürü olaraq, bütün bu kimi hadisələrin üzərinə vurulur.)
1) Xatırladaq ki, keçən il Ələt-Bakıyolunda 23 nəfərin yaralanması ilə nəticələnən avtobus qəzası baş verdi (29.10.22). Sabirabadda zavod yananda həmin hadisənin 114-cü günü idi. Beləliklə, hər iki hadisə üzərinə Allahın kodlaşdırılmış möhürünün (yaxud, rəqəmsal imzasının) vurulduğunu görürük və hadisənin xəbərdarlıq mesajı olması barədə söylədiyimiz fikir təsdiq olunur.
2) İzləyicilərimizə məlumdur ki, hər dəfə rayonlara bu kimi xəbərdarlıq bəlaları gələndə həmin hadisənin hesablaması rayonun seriyasına (rəmzinə) bağlanır. Pambıq zavodunda baş verən yanğın hadisəsi də bu qəbildən mesaj olduğuna görə hesablamalarımızda Sabirabadın seriyası olan 54 ədədi görünür. Belə ki, yanğın baş verəndə Xırdalan şəhərinin 26-cı məhəlləsində (03.08.22) bina partlamasının 168-ci günü idi ki, bundan da Quran rəmzini çıxsaq, alınan ədəd Sabirabadın seriyasını göstərir və hadisələrin Allah tərəfindən böyük bəlaların xəbərdarlığı olduğunu bir daha təsdiq edir:
168 – 114 = 54
3) Hesablamalarımız göstərir ki, dünənki yanğın hadisəsi Masallı və Cəlilabad rayonlarında baş verən sel fəlakəti ilə riyazi yolla əlaqələnir. Belə ki, keçən il martın 17-də gələn sel sözü gedən rayonlarda güclü daşqınlara səbəb olmaqla, insanların evlərinə və təsərrüfatlarına küllü miqdarda ziyan vurdu. Dünən həmin hadisənin 340-cı günüdür ki, bundan da orjinal (Kəbədə və muzeylərdə saxlanan) Quranın səhifələrinin sayını çıxsaq, yenə də Sabirabad rayonunun rəmzi olan 54 ədədi görünür və verdiyimiz xəbərin doğruluğunu bir daha təsdiq edir:
340 – 286 = 54
4) Yadınıza salaq ki, Samaxıda 5.1 ballıq zəlzələ (20.11.21) bəzi evləri qəzalı vəziyyətə salaraq, insanlara xeyli ziyan vurmuşdu. Həmin vaxt hadisənin Allahdan xəbərdarlıq olmasını təsdiq edən hesablamaları təqdim etmişdik. Dünən pambıq zavodu yananda həmin zəlzələnin 454-cü günü idi ki, bundan da Quranın surələrinin və səhifələrinin cəmini çıxanda yenə də Sabirabadın seriyası görünür:
454 – 114 – 286 = 54
Nəticə: bu və digər hesablamalarımız göstərir ki, dünən Sabirabad pambıq zavodunda baş verən yanğın hadisəsi gələcək böyük bəladan qabaq xəbərdarlıq mesajıdır: rəhbərlər özlərindən aşağılara, camaat isə, bir-birlərinə qarşı haqsızlıqlara son qoysunlar. Etdiyiniz günahlara görə tövbə edib, doğru yola qayıdın və pis əməllərinizlə ətrafınızdakılara ziyan verməyin! Əks halda qarşıda cəmiyyəti daha böyük (Türkiyədəki zəlzələdən betət) bəla gözləyir ki, yuxarıda sadaladıqlarım bunun siqnallarıdır.
“And olsun ki, Allah bunları hesablamış və təkrar-təkrar saymışdır”. “Quran”, “Məryəm” surəsi, 94.
Paşa Yaqub,
Həkim, elmi-lədun bilicisi