Rəşad İsmayıl klip çəkilişlərini başa çatdırdı – FOTO – VİDEO

Vətənpərvər mahnıların ifaçısı Rəşad İsmayılın “Будь со мной” mahnısının çəkilişləri başa çatıb. Çəkiliş Azərbaycanın Bakı, Xırdalan, Sumqayıt şəhərləri və Rusiyanın şimali paytaxtı olan Sankt Peterburq şəhərində olub.

Mahnının müəllifi Azərbaycanda tanınmış musiqiçi Akardeon ifaçısı Ukraynada yaşayan soydaşımız Elşən Dadaşevdir. Sözləri ata Aleksandr Nikulşinə aiddir. Birinci aranjımançı Belarusiyanın tanınmış Syabrı(Сябры) ansamblının ifaçısı Aleksandr Nikulşinə məxsusdur. İkinci aranjimançı isə Azərbaycanda tanınmış musiqiçi Vasif Arif oğluya aiddir. Rəşad İsamyıl və Səbinə İsmayılova-Kiselyova mahnını birgə ifa ediblər.

Rəşad İsmayıl kliplə bağlı təəssüratlarını bizimlə bölüşüb: “Səbinə ilə zamanında Mingəçevir şəhər 3N°li məktəbdə bir sinifdə oxumuşuq. Uşaq illərində musiqi və rəqsədə bir getmişik. İllər sonra o Bakının Xoreoqrafiya Akademiyasını bitirib ailə həyatı qurur. Bu arada o Bakının Musiqili Komediya və Rus Dram teatrlarında aktrisa olaraq fəaliyyət göstərir. Ama qısa bir zamanda. Ailə həyatı quraraq Rusiyanın Sankt Peterburq şəhərinə köçürlər. Mən isə ali təhsilimi bitirib peşəkar həyatımı qurmağa başladım. Əlaqə və münasibətlər itir. Bir neçə il sonra mən onu təsadüfən sosial şəbəkələrin birində gördüm. Son görüşümüzdən artıq 12 il keçmişdir. Birinci tanımadıq biri birimizi. Artıq hər ikimiz ailəli idik, övladlarımız və öz peşəkar həyatımız var idi. O zamandan sosial şəbəkə vasitəsi ilə əlaqəni itirmədik. 17 il sonra sinif yoldaşlarımızla görüşmək qərarına gəldik. Kimi Rusiyadan, kimi ABŞ dan, kimi isə Avropa və Şərq ölkələrindən Vətən Aəzrbaycana təşrif buyurmuşdu. Səbinə də gəlmişdir. Klipdə bu görüşdən bir parça təsvir olunub. Daha bir neçə il keçəndən sonra, dəqiq desək 25 il məktəbi bitirdikdən sonra telefon zənglərinin birində ona bu mahnını duet şəklində ifa etməyi təkif etdim. Ad gününü təbrik etdim, 18 oktyabr Azərbaycanın Müstəqillik gününə tasadüf edir. Cavabı belə oldu ki sən mənə doğum gününə hədiyyə etdin bu mahnı ilə. Mən razıyam. Və beləliklə bütün noyabr ayı səs yazma və çəkilişlərə həsr olundu. Həvəskar bir çəkiliş. Mahnı ilk məhəbbətdən saf ülvi hislərdən bəhs edir. 02.12.2022 tarixindən etibarən işıq üzü gördü. Artıq Rusiyanın bir sıra radiolarında yayımlanır. Növbə tezliklə bizim radiolarda da yayımlanacaq. İnşaallah. Sizi, izləyiciləri bu klipə baxmağa dəvət edirəm”.

Saksofon: Fərid Mayılov

Operator işi: Yusuf İsmayıl, Oleq Şükürov

Menecer-produsser: Marina Kravçenko(Марина Кравченко)

Səs yazma: (mixmaster) Hayat Studiya Bakı Azərbaycan

Splav slov: (сплав слов) studiyası Sankt Peterburq Rusiya.