Millət vəkili Azərbaycan Dövlət Akademik Filarmoniyasında baş tutan Milli Olimpiya Komitəsinin (MOK) 30 illik yubileyinə həsr olunmuş konsert proqramında iştirak edib. Sedainfo.az xəbər verir ki, o tədbir çərçivəsində təşkil olunmuş “Olimpiya Mədəniyyəti və Təhsili Proqramı” (#OCEP) pavilyonuna baxış keçirib, məktəblilərin hazırladığı stendlərlə tanış olub.
Deputat qeyd edib ki, gənclərdə idmana olan maraq və sevgini artırmaq üçün bu cür tədbirlərin keçirilməsi çox mühüm əhəmiyyət kəsb edir.