Ordumuzun çavuşu qazdan boğulub öldü

Sumqayıtda dəm qazından boğulma faktı baş verib.

Lent.az APA-ya istinadən xəbər verir ki, hadisə ötən gecə qeydə alınıb.

Məlumata görə, Şəki şəhər sakini Yusifli Seymur Teymur oğlu yaşadığı mənzildə dəm qazından boğularaq vəfat edib.

Baş Prokurorluğun Mətbuat xidmətindən Lent.az-a bildirilib ki, hazırda qeyd olunan faktla bağlı Sumqayıt şəhər Prokurorluğunda araşdırma aparılır.

Əldə etdiyimiz xəbərə görə, Seymur Yusifli Azərbaycan Ordusunun çavuşu olub.

Mənbə: Lent.Az/a>