Bakıda intihar hadisəsi olub.
Lent.az-ın məlumatına görə, hadisə gecə saat 4 radələrində Nizami rayonu Özbəkistan küçəsində qeydə alınıb. Babayev Mirabdulla Rafiq oğlu yaşadığı binanın 17-ci mərtəbəsindən özünü ataraq, həyatına son qoyub.
Faktla bağlı araşdırma aparılır.