Azərbaycanda hərbçi dəm qazından boğulub öldü – YENİLƏNİB

Sumqayıtda dəm qazından boğularaq ölən hərbçinin Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçusu olduğu məlum olub.

Lent.az apa-ya istinadən xəbər verir ki, Şəki şəhər sakini, 2001-ci il təvəllüdlü DSX hərbçisi Yusifli Seymur Teymur oğlu xidmətdən kənarda, Sumqayıtda yaşadığı evdə dəm qazından boğulub.

***
Saat: 15:55

Sumqayıtda dəm qazından boğulma faktı baş verib.

Lent.az APA-ya istinadən xəbər verir ki, hadisə ötən gecə qeydə alınıb.

Məlumata görə, Şəki şəhər sakini Yusifli Seymur Teymur oğlu yaşadığı mənzildə dəm qazından boğularaq vəfat edib.

Baş Prokurorluğun Mətbuat xidmətindən Lent.az-a bildirilib ki, hazırda qeyd olunan faktla bağlı Sumqayıt şəhər Prokurorluğunda araşdırma aparılır.

Əldə etdiyimiz xəbərə görə, Seymur Yusifli Azərbaycan Ordusunun çavuşu olub.

Mənbə: Lent.Az/a>