Bakıda məktəbliyə qarşı əxlaqsız hərəkətlər edilib.
Daxili İşlər Nazirliyindən Lent.az-a verilən məlumata görə, hadisə barədə polisə şikayət daxil olub.
Oktyabrın 27-də Nərimanov rayonu ərazisindəki orta məktəblərin birində məktəbliyə qarşı əxlaqsız hərəkətlər edilməsi barədə Nərimanov Rayon Polis İdarəsinə daxil olan məlumatla əlaqədar Cinayət Məcəlləsinin 153-cü maddəsi (Əxlaqsız hərəkətlər) ilə cinayət işi başlanıb.
Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində bu əməli törətməkdə şübhəli bilinən əvvəllər qəsdən adam öldürmə və quldurluq əməllərinə görə məhkum olunmuş Tərtər rayon sakini Sahil Həsənov müəyyən olunaraq saxlanılıb.