Zaqatalada  fərdi yaşayış evi külə döndü

Zaqatalada  fərdi yaşayış evi yanıb.

Oktyabrın 28-dən 29-a keçən gecə rayonun Əliabad qəsəbəsində  qəsəbə sakini Nurəddin Əli oğlu Balaxanova məxsus, ümumi sahəsi 180 kv/m olan kürsülü birmərtəbəli 5 otaqdan ibarət fərdi yaşayış evində yanğın baş verib.

Lent.az-ın məlumatına görə Yanğının söndürülməsi üçün əraziyə Fövqaladə Hallar Nazirliyinin (FHN) Zaqatala rayon Dövlət Yanğından Mühafizə Hissəsinin iki yanğınsöndürən maşını və şəxsi heyəti cəlb edilib. Yanğın nəticəsində evin yanar konstruksiyaları və ev əşyaları tam yanıb. Yaxınlıqdakı  digər tikililər yanğından mühafizə olunub. Yanğın zamanı xəsarət alan olmayıb.

Faktla bağlı araşdırma aparılır.
 

Mənbə: Lent.Az/a>