Yevlaxda

Yevlaxda ölümlə nəticələnən yol qəzası olub.

Lent.az-ın məlumatına görə, hadisə şəhər mərkəzində Kür çayı istiqamətində qeydə alınıb. 41 yaşlı Mirzəyev Həsən Maqsud oğlu idarə etdiyi “VAZ-21074” markalı avtomobili yolun sağındakı beton divara çırpıb.

Nəticədə özü və sərnişini 44 yaşlı Həmidov Rüfət Ramiz oğlu yerləşdikləri Yevlax rayon Mərkəzi Xəstəxanasında ölüblər.

Həsən Mirzəyevin uşaqları, 10 yaşlı Səfurə və 8 yaşlı Maqsud yaralanaraq, xəstəxanaya yerləşdiriliblər.

Faktla bağlı cinayət işi başlanıb, araşdırma aparılır.

Mənbə: Lent.Az/a>