“Buta Airways” aviaşirkətinin Tbilisi-Bakı (J2-9230 səhər reysi) reysinin uçuş saatı texniki səbəblərə görə gecikir.
AZAL-dan Lent.az-a verilən məlumata görə, sözügedən reysin sərnişinləri Bakıya digər təyyarə ilə axşam yola düşəcəklər.
Gecikmiş reysin sərnişinləri aviaşirkətin qaydalarına uyğun olaraq içkilər və qidalanma daxil olmaqla bütün lazımi vasitələrlə təmin ediləcəklər.