Cənubi Koreyanın paytaxtı Seulda Hellouin bayramı münasibətilə keçirilən izdihamlı tədbirdə 120 nəfər ölüb.
Lent.az xəbər verir ki, bu barədə “Yonhap” agentliyi məlumat yayıb.
Hadisə nəticəsində 100 nəfərin xəsarət aldığı bildirilir.
Prezident Yun Sok Yol və baş nazir Han Dok Su həkimləri lazımi yardım göstərməyə çağırıblar.
Hadisə ilə bağlı paytaxt meri O Se Xun Avropaya səfərini yarımçıq qoymaq qərarına gəlib.
Bundan əlavə, Yun Sok Yol hadisə ilə əlaqədar təcili iclas keçirib.
Polis şənbə günü əraziyə 100 minə yaxın insanın toplaşdığını təxmin edir.
***
Saat 22:39
Cənubi Koreyanın paytaxtı Seulda kütləvi Hellouina şənliyi zamanı dar küçədə hərəkətdə olan izdiham nəticəsində 50 nəfərin ürəyi dayanıb.
Lent.az bildirir ki, “Associated Press”İn xəbərinə görə, həkimlər zərərçəkənləri reanimasiya etməyə çalışırlar, ölənlərin sayı barədə isə hələlik dəqiq məlumat yoxdur.
Fövqəladə hadisə yerinə 400-dən çox xilasedicinin göndərildiyi bildirilir. Zərərçəkənlərin bəzilərinə yerində ürək-ağciyər reanimasiyası aparılır, bəziləri isə xəstəxanalara göndərilib.
Agentlik yerli mətbuata istinadən xəbər verir ki, izdiham adı açıqlanmayan məşhurun ora getməsi xəbərinə görə barlardan birinə doğru hərəkət edib.