Bakıda məktəbə gedən qız YOXA ÇIXDI

Bakıda yeniyetmə qız itkin düşüb.

Lent.az-ın məlumatına görə, hadisə Qaradağ rayonu Müşfiqabad qəsəbəsində qeydə alınıb. 17 yaşlı Alıyeva Səma Cəmiyyət qızı səhər saat 6 radələrində dərsə getmək adı ilə evdən çıxaraq, bir daha geri qayıtmayıb.

Bununla bağlı onun atası Qaradağ rayon Polis İdarəsinin 10-cu Polis Bölməsinə müraciətində bildirib.

Faktla bağlı həmin bölmədə axtarışlar keçirilir.

Mənbə: Lent.Az/a>