Azərbaycanda polis ehtiyatsızlıqdan ÖLDÜ

Ehtiyatsızlıq polisin ölümünə səbəb olub.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Lent.az-a bildirilib ki, bu gün Laçın RPŞ-nin əməkdaşı, polis serjantı İman Abbasov odlu silahla ehtiyatsız davranmağı nəticəsində açılan atəşdən xəsarət alıb. 

Ona hadisə yerində ilkin tibbi yardım göstərilsə də onun həyatını xilas etmək mümkün olmayıb.

Mənbə: Lent.Az/a>