Şabranda zəncirvari qəza: 3 nəfər xəstəxanalıq oldu – FOTO

Bu gün axşam saatlarında Şabran rayonu ərazisində yol-nəqliyyat hadisəsi baş verib.

Lent.az APA-nın Şimal bürosuna istinadən xəbər verir ki, hadisə Bakı-Quba yolunun Şabran rayonu ərazisindən keçən hissəsində qeydə alınıb.

İki minik və yük maşının iştirakı ilə baş verən qəza nəticəsində 3 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri ilə Şabran Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırmalar davam etdirilir.

Mənbə: Lent.Az/a>