Lüks avtomobillə gəlib toyuq oğurladılar – FOTO

Türkiyədə maraqlı oğurluq hadisəsi olub.

Lent.az yerli KİV-ə istinadən bildirir ki, hadisə Arnavutköydə Kanyon küçəsində baş verib. Gecə saatlarında lüks avtomobillə gələn 3 oğru Müjdat Çobanın saxladığı 12 toyuğu oğurlayıblar.

Oğrular toyuqları özlərinin lüks avtomobilinə qoyaraq hadisə yerindən uzaqlaşıblar.

Polis hadisə ilə bağlı araşdırmalara başlayıb.

Mənbə: Lent.Az/a>