Bakıda kişi sübh tezdən özünü binadan atdı

Bakıda intihar hadisəsi olub.

Lent.az-ın məlumatına görə, hadisə Xəzər rayonu Binə qəsəbəsində qeydə alınıb. 56 yaşlı Tağıyev Şahmar Tacir oğlu səhər saat 5 radələrində yaşadığı binanın 4-cü mərtəbəsinin eyvanından özünü ataraq, həyatına son qoyub.

Onun hansı səbəbdən intihar etdiyi hələlik bilinmir.

Faktla bağlı araşdırma aparılır.

Mənbə: Lent.Az/a>