Xırdalan şəhərində yaşlı kişi bıçaqlanıb.
Lent.az APA-ya istinadla xəbər verir ki, hadisə Xırdalan şəhər Heydər Əliyev prospektində yerləşən mənzillərin birində baş verib.
1959-cu il təvəllüdlü Müzəffər Həmid oğlu Qurbanov oğluna məxsus mənzildən çıxarkən naməlum şəraitdə bıçaqlanıb.
Yaralı ağır vəziyyətdə Kliniki Tibbi Mərkəzə yerləşdirilib.
Fakt Abşeron Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən araşdırılır.