Azərbaycanda daha bir vəzifəli şəxs mənimsəmədə ittiham olunur.
Lent.az-ın məlumatına görə, Bərdə rayon məşğulluq mərkəzinin direktoru Şadlınski Bilman Elbrus oğlu mənimsəmədə təqsirli bilinir. Belə ki, onun barəsində Cinayət Məcəlləsinin 179.2.1-ci (mənimsəmə, qabaqcaqdan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) maddəsilə cinayət işi başlanıb.
İş üzrə zərərçəkmiş şəxs Süleymanlı Kənan Adil oğludur.
Cinayət işinin istintaqına Bərdə rayon Məhkəməsində baxılacaq. Məhkəmənin hazırlıq iclası noyabrın 3-də baş tutacaq.
Qeyd edək ki, B. Şadlınski ötən əsrin məşhur inqilabçısı, bir zamanlar Qərbi Azərbaycanda hörmət sahibi olan Abbasqulu bəy Şadlınskinin nəslindəndir. Bilman Şadlınskinin atası Elbrus Şadlınski isə Sovet illərində tanınmış pedaqoqlardan olan Bilman Şadlınskinin oğlu idi.