Naxçıvan sakini mağazanın təhlükəsizlik kamerasını oğurladı

Bakıda mağazadan oğurluq edilib.

Daxili İşlər Nazirliyindən Lent.az-a verilən məlumata görə, Binəqədi rayon Polis İdarəsinin 7-ci Polis Bölməsinə M.Ə.Rəsulzadə qəsəbəsindəki bir mağazadan 4290 manat pul və müşahidə kamerasının yaddaş qurğusunun oğurlanması barədə müraciət daxil olub.

Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən Naxçıvan şəhər sakini T.Budaqov müəyyən olunaraq saxlanılıb.

Araşdırma aparılır. 

Mənbə: Lent.Az/a>