Gədəbəydə piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Lent.az APA-nın yerli bürosuna istinadən xəbər verir ki, hadisə Xarxar kəndində qeydə alınıb.
Hərəkətdə olan “VAZ” markalı minik maşını yolu qarşı tərəfə keçmək istəyən 1939-cu il təvəllüdlü Vaqif Qasımovu vurub.
83 yaşlı piyada hadisə yerində ölüb.
Faktla bağlı araşdırma aparılır.