Oğlu atasına DƏHŞƏT yaşatdı: asılmış meyitini tapdı

Masallıda intihar hadisəsi olub.

Lent.az-ın məlumatına görə, hadisə bir neçə saat əvvəl rayonun Xıl kəndində qeydə alınıb. 21 yaşlı kənd sakini Fərzəliyev  Orxan Şəkərəli oğlu mal-qara saxlanılan tikilidə özünü asıb.

İlkin ehtimala görə, O. Fərzəliyevin uzun müddətdir psixoloji problemləri varmış. Onun meyitini atası Ş. Fərzəliyev hadisədən 2 saat sonra aşkar edib.

Faktla bağlı araşdırma aparılır. İntiharın dəqiq səbəbləri araşdırmanın nəticəsindən sonra bilinəcək.

Mənbə: Lent.Az/a>