“Mercedes” “Jiquli

Cəlilabad rayonunda iki nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.

Lent.az APA-ya  istinadən xəbər verir ki, hadisə Cəlilabad şəhərinin mərkəzi hissəsində qeydə alınıb.

“Mercedes-Benz” markalı avtomobil “VAZ-2106” markalı avtomobillə toqquşub.

Hadisə nəticəsində rayon sakinləri 56 yaşlı Füzuli Əliyev və 36 yaşlı Zamiq Quliyev xəsarət alıblar.

Yaralılar Cəlilabad Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar.

Faktla bağlı araşdırma aparılır.

Mənbə: Lent.Az/a>