Gürcü musiqiçilərin ifasında məşhur “Azərbaycan” mahnısı – VİDEO

Azərbaycan Prezidenti İlham Əliyevin Gürcüstana səfəri zamanı gürcü musiqiçiləri Azərbaycan mahnısı səsləndirib.

Bu barədə Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev “Twitter” hesabında paylaşım edib:

“Gürcü musiqiçilərinin ifasında məşhur “Azərbaycan” mahnısı. Prezident İlham Əliyevin dediyi kimi, Azərbaycan və Gürcüstan arasında “dostluq, qardaşlıq və tərəfdaşlıq münasibətlərinin” səmimi illüstrasiyası”.

 



Mənbə: Oxu.Az