Bakıda 9 gün əvvəl yoxa çıxan qız görün haradan TAPILDI?

Bakıda itkin düşən qadın tapılaraq, sığınacağa təhvil verilib.

Lent.az xəbər verir ki, oktyabrın 16-ı saat 20 radələrində itkin düşən Nəsirova Fatimə Aslan qızının tapılması üçün Səbail rayon Polis İdarəsinin 8-ci Polis Bölməsi və Əlahiddə Çevik Alayının əməkdaşları birgə əməliyyat keçiriblər.

Nəticədə yeniyetmə qız rayon ərazisində saxlanılaraq, “Təmiz Dünya” qadınlara yardım ictimai birliyinə yerləşdirilib.

Mənbə: Lent.Az/a>