Bakıda 5 yaşlı uşağı avtomobil vurdu

Bakının Xətai rayonunda yol-nəqliyyat hadisəsi zamanı uşağı avtomobil vurub.

Lent.az xəbər verir ki, hadisə Zığ qəsəbəsində baş verib.

Belə ki, 2017-ci il təvəllüdlü Cəfərov Hüseyn Atakişi oğlu Zığ şossesində əks istiqamətə keçərkən onu minik avtomobili vurub.

Yaralı ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib.

Nurlan Əli

Mənbə: Lent.Az/a>