Goranboyda maşın dərəyə aşdı, ölən var

Goranboyda ölümlə nəticələnən yol qəzası olub.

Lent.az-ın məlumatına görə, hadisə Yuxarı Ağcakənd-Buzluq yolunda qeydə alınıb. Qurbanov Ədalət Bəşir oğlu idarə etdiyi “NİVA” markalı avtomobili dərəyə aşırıb və nəqliyyat vasitəsi 50-60 metr sürüşüb.

Nəticədə maşında olan sərnişin 39 yaşlı Şəmilov Habil Kamil oğlu yerindəcə keçinib, Ə. Qurbanov isə ağır bədən xəsarətləri alıb.

Faktla bağlı araşdırma aparılır.

Mənbə: Lent.Az/a>