Ermənistanda hərbçi özünü tövlədə asdı

Oktyabrın 20-də Vayotsdzor bölgəsində faciəli hadisə baş verib.

Lent.az Ermənistan mediasına istinadla xəbər verir ki, saat 12:50-də Yeheqnador polis şöbəsinə Vayotsdzor bölgəsindəki kəndlərdən birində tövlədə kişi meyitinin tapılması barədə məlumat daxil olub.

Hadisə yerinə gedən hüquq-mühafizə orqanlarının əməkdaşları 44 yaşlı kənd sakininin meyitini adıçəkilən evin tövləsində asılmış vəziyyətdə aşkar ediblər. Yaxınlarının sözlərinə görə, sonuncu intihar edib.

Məlumata görə, Zorayr D. müqaviləli hərbi qulluqçu olub.

Mənbə: Lent.Az/a>