Almaniyadan Qazaxıstana uçan təyyarə Bakıya endi – SƏBƏB

"Lufthansa" aviaşirkəti Frankfurt-Astana marşrutu üzrə DLH-646 reysini yerinə yetirən təyyarəsini ehtiyat hava limanı – Heydər Əliyev Beynəlxalq Aeroportuna yönləndirib.

Bu barədə Lent.az-a Heydər Əliyev Beynəlxalq Aeroportunun Mətbuat xidmətindən bildirilib. 

Buna səbəb təyinat hava limanında əlverişsiz hava şəraiti olub.

"Airbus A330" təyyarəsi yerli vaxtı ilə saat 20:50-də Bakı hava limanına uğurla eniş edib.
 

Mənbə: Lent.Az/a>