“Land Cruiser” 70 yaşlı qadını vurub öldürdü

Gəncədə piyadanın ölümü ilə nəticələn yol-nəqliyyat hadisəsi baş verib.

Lent.az-ın APA-ya istinadla məlumatına görə, hadisə şəhərin Nizami Gəncəvi prospektində qeydə alınıb. 

Hərəkətdə olan “Toyota Land Cruiser” markalı avtomobil yolu qarşı tərəfə keçmək istəyən 1952-ci il təvəllüdlü Sevda Məmmədovanı vurub. 70 yaşlı qadın xəstəxanaya yerləşdirilib. Həkimlərin səyinə baxmayaraq qadın xəstəxanda ölüb. Faktla bağlı araşdırma aparılır.

Mənbə: Lent.Az/a>