Şəmkirdə avtomobil aşdı, xəsarət alanlar var

Şəmkirdə yol-nəqliyyat hadisəsi baş verib.

Lent.az APA-ya istinadən xəbər verir ki, hadisə Bakı-Qazax magistral yolunun rayon ərazisindən keçən hissəsində qeydə alınıb.

Hərəkətdə olan avtomobil aşıb.

Qəza zamanı 2001-ci il təvəllüldü Eltun Məmmədli və daha iki nəfər xəsarət alaraq xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Mənbə: Lent.Az/a>