Şəmkirdə 9 yaşlı qızı maşın vurdu

Şəmkirdə piyadanın vurulması ilə nəticələn yol qəzası baş verib.

Lent.az xəbər verir ki, hərəkətdə olan minik maşını yolu qarşı tərəfə keçmək istəyən 2013-cü il təvəllüdlü F.Süleymanovu vurub.

Piyada xəstəxanaya yerləşdirilib, vəziyyətinin kafi olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.

Fuad Nizamoğlu
 

Mənbə: Lent.Az/a>