Şəhərin mərkəzində “Opel” ağaca çırpıldı – 3 YARALI -FOTO

Xaçmaz şəhərində yol-nəqliyyat hadisəsi baş verib. 

Lent.az-ın APA-ya istinadla verdiyi məlumata görə, hadisə şəhərin Heydər Əliyev prospektində qeydə alınıb.
Yüksək sürətlə hərəkət edən “Opel” markalı avtomobil yoldan çıxaraq ağaca çırpılıb. Qəza nəticəsində maşında olan 3 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri ilə Xaçmaz Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırma davam edir.
 

Mənbə: Lent.Az/a>