Bakı-Ələt yolunda QƏZA: PİYADA ÖLDÜ

Qaradağ rayonunda yol-nəqliyyat hadisəsi baş verib.

Lent.az-ın məlumatına görə, rayonun Ələt qəsəbəsində Üzeyir Kamran oğlu Bağırovun idarə etdiyi "Fiat-Doblo" avtomobillə yolu keçən piyada Ceyhun İsmayıl oğlu İsmayılovu vurub. 

Nəticədə piyada aldığı xəsarətlərdən hadisə yerindəcə ölüb. 

Faktla bağlı araşdırma aparılır.

Mənbə: Lent.Az/a>