Gəncə sakini naməlum şəraitdə bıçaqlandı

Gəncədə bıçaqlanma baş verib.

Lent.az APA-nın yerli bürosuna stinadən xəbər verir ki, hadisə Atatürk prospektində qeydə alınıb.

1984-cü il təvəllüdlü Elbəy Əlizadə bıçaqlanma diaqnozu ilə xəstəxanaya yerləşdirilib.

Dərhal xəstə əməliyyata götürülüb, vəziyyətinin kafi olduğu bildirilir.

38 yaşlı kişinin hansı şəraitdə bıçaqlanması məlum deyil.

Faktla bağlı araşdırma aparılır.

Mənbə: Lent.Az/a>