Cəbrayılın 3 məntəqəsinin və Xudafərin körpüsünün işğaldan azad edilməsindən iki il keçir – FOTO/VİDEO
Bu gün bir neçə ərazinin Ermənistanın işğalından azad edilməsindən iki il keçir.
Oxu.Az xatırladır ki, 44 günlük Vətən müharibəsində, oktyabrın 18-də Azərbaycan ordusu Cəbrayıl istiqamətində yeni qələbələr qazanıb.
Belə ki, oktyabrın 18-də Cəbrayılın Hacılı, Hacı İsaqlı kəndləri və Xudafərin qəsəbələri işğaldan təmizlənib.
Həmin gün Xudafərin körpüsü də azad edilərək onun üzərində Azərbaycan bayrağı qaldırılıb.