Təyyarə yaşayış binasının üzərinə düşdü: Ölənlər var – YENİLƏNİB

Rusiyanın Krasnodar diyarının Yeysk şəhərində qırıcı təyyarənin qəzaya uğraması nəticəsində 2 nəfər ölüb.

Lent.az xəbər verir ki, bu barədə Rusiya Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

Hadisə nəticəsində 15 nəfər yaralanıb.

***

Saat 19:41

Krasnodar diyarının Yeysk şəhərində hərbi təyyarə yaşayış binalarının üzərinə düşüb.

Lent.az bildirir ki, bu barədə “Mash” məlumat yayıb.

Hadisənin Qərb küçəsində baş verdiyi iddia edilir. Şahidlərin sözlərinə görə, təyyarə hərbi olub. 

“Shot” Telegram kanalının məlumatına görə, təyyarə çoxmərtəbəli binanın yaxınlığında qəzaya uğrayıb, lakin partlayışdan sonra yanğın binaya keçib.

Kanal 112 əlavə edir ki, bu, tam sursatı olan L-39 təlim təyyarəsidir. Yanğın nəticəsində azı 15 mənzilə ziyan dəyib.

Hadisə zamanı ölənlərin olduğu da bildirilir.

“İnterfaks” şəhərin vahid dispetçer xidmətinə istinadən xəbər verir ki, Su-34 hərbi təyyarəsi Krasnodar diyarının Yeysk şəhərində yaşayış binasının üzərinə düşüb.

Mənbə: Lent.Az/a>