Gənc oğlanı ürəyindən vurdular

Bakının Nərimanov rayonunda bıçaqlanma hadisəsi baş verib.

Lent.az-ın APA-ya istinadla xəbərinə görə, hadisə Montin qəsəbəsində baş verib.

Əliyar Əliyev küçəsində 1994-cü il təvəllüdlü Səmədov Orxan Yenubər oğlu tanımadığı şəxslə mübahisə zamanı bıçaqlanıb. O, ürəyindən bıçaq xəsarəti alıb. Yaralı ağır vəziyyətdə Kliniki Tibbi Mərkəzə yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.
 

Mənbə: Lent.Az/a>