Yol kənarındakı maşına çırpıldı, 5 nəfər…

Cəlilabad rayonunda xəsarətlə nəticələnən yol qəzası baş verib.

Lent.az APA-ya istinadən xəbər verir ki, qəza Ələt – Astara avtomobil yolunun rayon ərazisindən keçən hissəsində qeydə alınıb.

Hərəkətdə olan minik avtomobili yol kənarında dayanan minik avtomobilinə çırpılıb.

Qəza nəticəsində xəsarət alanların adları aşağıdakı kimidir:

Bakı şəhər sakini Kənan Məğrur oğlu Qasımov (2002);

Fərid Mehman oğlu Cəfərov (1999);

Səidə Əlifağa qızı Museyibova (1988);

Xədicə Elsever qızı Museyibova (2012);

Gülgəz Əligüşad qızı Vahabova (1975).

Xəsarət alanların müalicəsi Cəlilabad Rayon Mərkəzi Xəstəxanasında davam edir.
 

Mənbə: Lent.Az/a>