Serbiyadan olan QHT təmsilçisi: “Edillidə gördüklərimə görə çox kədərlənirəm”

“Düzünü desəm, burada gördüklərimə görə çox kədərlənirəm”.

APA xəbər verir ki, bunu bu gün Xocavənd rayonunun Edilli kəndindəki kütləvi məzarlığa səfər edən Serbiyadan olan qeyri-hökumət təşkilatının təmsilçisi Srdjan Budimcic deyib.

O bildirib ki, bu, bəşəriyyət üçün çox pisdir:

“Ümid edirəm ki, gələcəkdə belə hadisələrin bir daha baş verməsini heç vaxt görməyəcəyik. Mənim gələcək üçün mesajım sülh və sevgidir”.

Mənbə: Oxu.Az