Qadın kafeyə gələn müştərini qarət etdi

Sumqayıtda kafedə oğurluq olub.

Daxili İşlər Nazirliyindən Lent.az-a verilən məlumata görə, Qurd dərəsi bağlar sahəsində yerləşən kafelərin birində Sumqayıt şəhər sakininin 1090 manat pulu və mobil telefonu oğurlanıb.

Bu barədə Sumqayıt şəhər Polis İdarəsinin 1-ci Polis Bölməsinə müraciət daxil olub.

Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən Sumqayıt sakini S.Rəhimova saxlanılıb.

Araşdırma aparılır.

Mənbə: Lent.Az/a>