Lökbatanda yolu su basdı -VİDEO – YENİLƏNİB

“Azərsu” ASC-dən Lökbatanda yolu su basmasına münasibət bildirilib.

Qurumun mətbuat katibi Anar Cəbrayıllı Lent.az-a bildirib ki, Bakı şəhərini içməli si ilə təmin edən Kür-Bakı magistral  su kəmərinin Qaradağ rayonu ərazisində (Qaz Emalı Zavodunun yaxınlığı) gecə saatlarında baş vermiş qəza nəticəsində ətraf əraziləri, o cümlədən  Bakı-Qazax avtomagistralını subasma halı baş verib:

“Hazırda “Azərsu” ASC-nin rəhbərliyi ərazidədir. Əraziyə xüsusi texnika, maşın-mexanizm, suyu kənarlaşdırmaq üçün nasoslar, qəza briqadalarə cəlb olunub, lazımi tədbirlər görülür”.

***
Saat: 08:48

Lökbatan istiqamətində hər iki istiqamətdə yolu su basıb.

Lent.az xəbər verir ki, subasma nəticəsində nəqliyyatın hərəkəti çətinləşib.

 

Mənbə: Lent.Az/a>