Gözəllik salonunda qadın həmcinsinin pullarını oğurladı

Bakıda gözəllik salonundan oğurluq edilib.

Daxili İşlər Nazirliyindən Lent.az-a verilən xəbərə görə, Nərimanov rayonu ərazisindəki gözəllik salonlarının birində Bakı şəhər sakini olan qadının içərisində 1000 manat və 700 ABŞ dolları olan cüzdanı oğurlanıb.

Bu barədə Nərimanov rayon Polis İdarəsinin 16-cı Polis Bölməsinə müraciət daxil olub.

Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən Bakı şəhər sakini G.İbrahimova müəyyən olunaraq saxlanılıb.

Araşdırma aparılır. 

Mənbə: Lent.Az/a>