Kür-Bakı magistral su kəmərinin Qaradağ rayonu ərazisində baş vermiş qəza nəticəsində ətraf ərazilərdə, o cümlədən Bakı-Qazax avtomagistralında baş vermiş subasma halının qarşısının alınması istiqamətində Fövqəladə Hallar Nazirliyi tərəfindən müvafiq tədbirlərin görülməsi davam etdirilir.
Lent.az xəbər verir ki, bunu Fövqəladə Hallar Nazirliyinin İctimaiyyətlə əlaqə idarəsinin baş məsləhətçisi Turqay Abbaslı deyib.
Onun sözlərinə görə, hazırda nazirliyin Mülki Müdafiə Qoşunları, Dövlət Yanğından Mühafizə Xidməti və Xüsusi Riskli Xilasetmə Xidmətinin qüvvələri suçəkmə və digər müvafiq təhlükəsizlik tədbirlərinin görülməsi üçün ərazidə fəaliyyət göstərir:
“Ümumilikdə Fövqəladə Hallar Nazirliyindən 12 motopompa, 9 texnika və 57 şəxsi heyət suçəkmə işlərinə cəlb olunub”.
Turqay Abbaslı