Dostunu öz evində bıçaqladı

Bakıda gənc oğlan tanışı tərəfindən bıçaqlanıb.

Lent.az APA-ya istinadla xəbər verir ki, hadisə Maştağa qəsəbəsində baş verib.

Füzuli küçəsi döngə 1, ev 5 ünvanında yaşayan 1989-cu il təvəllüdlü Hüseynov Tərlan Yaşar  oğlu  evində tanışı tərəfindən bıçaqlanlb. O, sol döş qəfəsi və baldırından kəsilmiş-deşilmiş xəsarətlər alıb. Yaralı xəstəxanaya yerləşdirilib.

Faktı Sabunçu Rayon Polis İdarəsinin 14-cü Polis Bölməsinin əməkdaşları araşdırır.
 

Mənbə: Lent.Az/a>