Azərbaycanda DƏHŞƏTLİ QƏZA: 2 qadın öldü – FOTO

Mingəçevirdə ölümlə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.

Lent.az-ın məlumatına görə, hadisə bu gün saat 10 radələrində  “Kür” Olimpiya Tədris İdman Mərkəzinin qarşısında qeydə alınıb. Məlumata görə, "VAZ – 21014" və "KİA" markalı avtomobillər toqquşub. Daha sonra "KİA" yolun kənarında olan iki piyada, 59 yaşlı Məmmədova Şamaxı Məhyəddin qızı və 56 yaşlı Xədicə Sultanovanı vurub.

Yaralılar xəstəxanaya yerləşdirilsələr də, hər ikisi orada vəfat edib.

Araşdırma aparılır.

Mənbə: Lent.Az/a>