Sumqayıtda kafe yandı

Sumqayıtda yanğın olub.

Lent.az-ın APA-ya istinadla  məlumatına görə, hadisə şəhərin 13-cü mikrorayonunda yerləşən kafelərin birində qeydə alınıb.
Hadisə yerinə 4 yanğınsöndürən avtomobil və canlı qüvvə cəlb edilib. Yanğın söndürülüb və digər ərazilərə keçməsinin qarşısı alınıb. Yaxınlıqdakı obyektlər yanğından mühafizə olunub. Xəsarət alan olmayıb.
Hadisənin baş vermə səbəbləri araşdırılır.
 

Mənbə: Lent.Az/a>