“Jiquli” “Ford”la toqquşub, yaralananlar var

Göygöldə yol-nəqliyyat hadisəsi baş verib.

Lent.az-ın APA-ya istinadla məlumatına görə, hadisə rayonun Qızılqaya qəsəbəsində qeydə alınıb. 

Hərəkətdə olan "VAZ-21011" ilə “Ford” markalı yük avtomobili toqquşub. Qəza zamanı “Jiquli”də olanlar – 24 yaşlı Elgün Əhmədov və 23 yaşlı Elvin Məmmədov xəsarət alaraq xəstəxanaya yerləşdirilib. Yaralıların vəziyyətinin normal olduğu bildirilir. Hadisədə yük maşının sürücüsü xəsarət almayıb. Faktla bağlı araşdırma aparılır.
 

Mənbə: Lent.Az/a>