Bakıda partlayışda yaralanan gənc öldü

Nərimanov Tibb Mərkəzinin nəzdindəki Yanıq Mərkəzində müalicəsi aparılan 21 yaşlı Toğrul Əliyev oktyabrın 13-də  saat 01:20-də dünyasını dəyişib.

Bu barədə Lent.az-a TƏBİB-dən bildirilib.

Qeyd edək ki, T.Əliyev oktyabrın 9-da 09. Bakı şəhəri, Nizami rayonu, Əlif Hacıyev küçəsində yerləşən beşmərtəbəli yaşayış binasında baş vermiş partlayış nəticəsində yaralanmışdı. Pasiyentə bədənin 90-95 faiz yanığı və tənəffüs yollarının III- IV dərəcəli termiki yanığı diaqnozu qoyulmuş, vəziyyəti ağır qiymətləndirilirdi.
 

Mənbə: Lent.Az/a>