Bakıda sürət qatarı kişini vurub öldürdü

Bakıda sürət qatarı piyadanı vuraraq öldürüb.

Lent.az-ın məlumatına görə, hadisə Keşlə dəmir yolu stansiyasında qeydə alınıb. Maşinist Mahir Ağayev və onun köməkçisi Pirverdi Həbibovun idarə etdiyi, Sərnişin Daşıma Departamentinə məxsus “Stadler- EŞ- 019” saylı Biləcəri- Keşlə-Bakı istiqamətində hərəkət edən sürətli elektrik sərnişin qatarı dəmiryolunu keçən Araz Məmmədovu vurub. Araz Məmmədov hadisə yerində ölüb.

Faktla bağlı araşdırma aparılır.

Mənbə: Lent.Az/a>